Hüquqşünas – şair Ədalət Əroğlu: ” ŞƏHİDLİK ZİRVƏSİ” – FOTO

           ŞƏHİDLİK ZİRVƏSİ

Baş sağlığı verdik sizə, o gecə,
Ayrıldı bədəndən ruhunuz necə?
Qorxmadınız oddan, alovdan necə…
Şəhidlik zirvəniz dönmədi heçə.

Qan ilə yazdınız əbədi yaddaş,
Sizə yandırıldı o məşəl, atəş,
Azadlıq yolunda əyilmədi baş,
Şəhidlik zirvəniz dönmədi heçə.

Bakının dərdi var, Bakı qan ağlar,
Görünən mənzərə ürəyi dağlar,
Qana bülənibdi çiçəkli bağlar,
Şəhidlik zirvəniz dönmədi heçə.

Mənim əziz Bakım, boyandı nə var,
Şəhidlər qanıyla boyandı diyar,
Xəyallar dolaşır diyarba-diyar,
Şəhidlik zirvəniz dönmədi heçə.

Ruhları vətəndə gəzən Şəhidlər,
Qərənfil yağışda üzən Şəhidlər,
Əbədi həyata köçən Şəhidlər,
Şəhidlik zirvəniz dönmədi heçə.

Bu il də qərənfil səpdik üstünə,
Baş əydik məşələ, yanan büstünə,
Əroğlu da yanır ocaq-tüstünə,
Şəhidlik zirvəniz dönmədi heçə.

 

QAFAROV ƏDALƏT İZZƏTOĞLU (ƏROĞLU)
Hüquqşünas, Şair, AJB -nin üzvü  

“Qızıl Qələm” Media Mükafatı Laureatı