Şəhid Vüsal Məmmədovun oğul övladı dünyaya gəlib -FOTO VİDEO
Hərbi Dəniz Quvvələrinin xüsusi təyinatlısı (micman) Məmmədov Vüsal Qüdrət oglu 03.06.1990-cı il Füzuli rayonu Musabəyli kəndində anadan olub. İkinci Vətən Muharibəsi başlayan ilk gündən döyüşlərdə iştirak edib. 12.10.2020-ci il Cəbrayıl ugrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Cəmi 7 ay idi ki, ailəli idi. 18.01.2021-ci il tarixdə Şəhid Məmmədov Vüsalın oğul övladı dünyaya gəlib. Şəhidimiz döyüşə gedərkən həyat yoldaşına “oğlumuz olarsa adını Hüseyn qoy” demiş.
Əziz Hüseyn balamız, xoş gəldin. İnşallah böyüyüb ailənə, Vətəninə layiqli övlad olarsan.
Allahdan Şəhidimizə rəhmət diləyirik. Məkanın cənnət olsun Şəhidim!
Sən getdin el yolunda,
Şəhid oldun uğrunda.
Arzun yerdə qalmadı,
Oğlun oldu sonunda!
Rahat yat, ey Şəhidim!
Adı, Hüseyn balanın,
Təsəllisi ananın.
İgid oğul olacaq!
Dünyaya səs salacaq!
Sənlə qürur duyacaq!
Rahat yat, ey Şəhidim!
Könül Səssiz-Pressaz.Az