Qanlı yanvar faciəsi Rasim Sadıqovun fotolarında öz əksini tapıb -VİDEO FOTO

Məşhur azərbaycanlı foto-müxbir Rasim Sadıqov 1990-cı ilin 19-20 qanlı yanvar tarixi günlərinin əsas foto və video çəkilişlərinin müəlliflərindən biridir. Belə ki, 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə ölkəmizin azadlığı və müstəqilliyi naminə şəhid olmuş azərbaycanlı oğul və qızlarımızın yaratdığı qəhrəmanlıq salnaməsi hələ də Rasim Sadıqovun fotolarında yaşamaqdadır. 

Qanlı yanvar faciəsi Rasim Sadıqovun fotolarında öz əksini tapıb. R.Sadıqov mətbuata verdiyi bütün müsahibələrində baş verən faciəni sənədləşdirmək üçün şəhərin hər tərəfini gəzdiyini, çəkdiklərini əsgərlərin əlinə keçməkdən qorumaq üçün dostlarından da yardım istəməli olduğunu deyib. “Çəkdiklərimi dostlarıma verirdim. Yaxalansam çəkdiklərim fotoların itəcəyindən çox qorxurdum. Qorxduğum başıma gəldi. Hərdbçilər məni yaxaladılar. Amma üzərimdə olan iki lentimi aldılar”.

Fotoqraf gördüyü hər şeyi çəkib. Hətta güllə izləri olan ağacı. “Qan, insan hissələri, yaralılar… Həmin gün 3 minə yaxın foto çəkdim. O gün mənim üçün ölmək qəhrəmanlıq deyildi. Qəhrəmanlıq qətliamı çəkərək dünyaya duyurmaq idi. Hər gün fotoları səfirliklərər, iş adamlarına, əcnəbi jurnalistlərə çatdırırdım. Dünyanın bu hadisədən xəbərsiz olduğunu zənn edirdik. Sonradan öyrəndik ki, hamı səssiz qalmağı seçib. Çəkdiyim fotolar daha çox Türkiyədə yayaımlandı”.

O deyib ki, insanlar evlərinin içində belə təhlükəsizlikdə deyildilər. Onlar güllələrdən qorunmaq üçün hamam otaqlarına gizlənirdilər.


 

Pressaz.az