Könül Səssiz: “Cezayir Hocam” – VİDEO
CEZAYİR HOCAM
(“Aşıklar Kültür Dünyası” proqramında aparıcı, aşıq, şair, dəyərli türk qardaşım Cezayir bəyə həsr edilib )
Sazlı-sözlü dünyası var
Səsində dağ havası var.
Sizə salam, duası var
Türk oğlu, Cezayir Hocam.
Qarapapaq türk oğludur
Sözlərində o, doğrudur.
Düşməni zəhmi qorxudur
Türk oğlu, Cezayir Hocam.
Getdiyi yol haqq yoludur
Ədalətin bir qoludur.
İmanlı, ümid doludur
Türk oğlu, Cezayir Hocam.
Əl tutar yolda qalana
Dözümü yox heç yalana.
Ər qeyrətli, baxmaz yana
Türk oğlu, Cezayir Hocam.
Vətən eşqi ürəyində
Şir gücü var biləyində.
Torpağının keşiyində
Türk oğlu, Cezayir Hocam.
Könül Sessiz -Pressaz.az