Nizami Qərib & Cezayir Cengiz: “Nə faydası var” – VİDEO
NƏ FAYDASI VAR
Dönmə, buz bağlayıb qəlbimin yolu,
Üşüyüb donmağın nə faydası var?
Diz çöküb, ağlayıb, saçını yolma,
Qarşımda sınmağın nə faydası var?
Ömrümdən gəncliyi sildirən sənsən,
Məni özgələrə güldürən sənsən.
Axı ürəyimi öldürən sənsən,
Hüzünlə anmağın nə faydası var
Sevgimi qoruyub, saxlamadın ki,
Nəfsin yol azanda danlamadın ki,
O zaman sən məni anlamadın ki,
Bu gün anlamağın nə faydası var?
Nizami indimi düşdü yadına?
Səni bağışlayım, hansı adına?
Özün yandırdığın hicran oduna,
Alışıb yanmağın nə faydası var.
Aşağıdakı videoda Nizami Qəribin “Nə faydası var” şeirini Cezayir Cengizin səsindən dinləyə bilərsiniz.
Nizami Qərib -Pressaz.az