Elvin Talışınski: ” Fransa görünür özünün utancverici tarixini çox tez unudub” – FOTO
Fransa “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnamə layihəsini qəbul etməklə beynəlxalq hüquq normaları, BMT Nizamnaməsi və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin kobudcasına pozulması ilə yanaşı, özünün istər Minsk Qrupunun həmsədr ölkəsi, istərsə də BMT TŞ-nın daimi üzvü kimi məramı və obyektiv fəaliyyətinin üzərindən xətt çəkdi. Belə də ki, 1945-ci ilin əvvəlində Əlcəzair əhalisinin 15 faizini soyqırıma məruz qoyan, tarixi işğalçılıq və qətliamlarla bol olan bir ölkənin hansısa ölkəciyin lobbisi tərəfindən satın alınan da “senatorları” olmalıdır. Təbii ki, bu sənədin Azərbaycan üçün heç bir əsası və önəmi yoxdur. Lakin Fransa görünür özünün utancverici tarixini çox tez unudub. Xatırlayırsınızsa, elə yaxın keçmişdə, 1994-cü ilin iyun-avqust aylarında Ruandada 800 min tutsi və hutunun ölümü bağlı komissiya hesabatında Fransanın Ruandada soyqırıma dəstək verdiyi, fransız əsgərlərinin bu qanlı prosesdə iştirakı faktlarla sübut olunmuşdu. Bundan başqa, Fransanın Afrikada Benin, Qabon, Burkina-Faso, Qana, Kamerun kimi ölkələrdə də qətliamlar törətdiyi məlumdur. Bu tarixi faktları araşdıran hər kəs üçün bu cür bir dövlətin belə qondarma qətnamə qəbul etməsi təəccüb doğurmayacaq.
Elvin Talışınski
Politoloq, siyasi elmlər üzrə fəlsəfə doktoru,
“Elin Səsi” milli-mənəvi dəyərlərimizin qorunması
ictimai birliyinin sədri, Bakı İslam Universitetinin kafedra müdiri