Mübariz Hüseyn & Cezayir Cengiz: “İgid Əsgər” – VİDEO
HÜCUM ET, İGİD ƏSGƏR!
Qoruyaraq can, bədən
Qır, məhv olsun qəsb edən.
Məqamı itirmədən
Hücum et, igid əsgər!
Tökdürüb, çox göz yaşı,
Verib qanlı yaddaşı,
İtirib artıq, başı
Hücum et, igid əsgər!
Körpə, qoca bilmədən,
Öldürüb torpaq güdən,
Deyil, xoşluqla gedən
Hücum et, igid əsgər!
Dinib haqsız, çox dedi,
Əkdiyi qəmdən yedi.
BAŞ KOMANDAN əmridi
Hücum et, igid əsgər!
Döyüşü bitirməyə,
Zəfəri gətirməyə,
Şuşanı götürməyə
Hücum et, igid əsgər.
Mübariz Hüseynin “Hücum et, igid əsgər!” şeirini Türkiyə Anadolu Dərnək Tv-də aparıcı və aktyor Cezayir Cengiz səsləndirib. Pressaz.az həmin videonu təqdim edir:
Mübariz Hüseyn – Pressaz.az