Azərbaycanda yeni tədris mərkəzi yaradılır – SƏRƏNCAM

Azərbaycanda yeni tədris mərkəzi yaradılır – SƏRƏNCAM.

 

Azərbaycan prezidenti İlham Əliyev Tədris mərkəzinin yaradılması və kadr hazırlığı layihəsinin icrası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Pressaz.az-ın məlumatına görə, Tədris mərkəzinin yaradılması və kadr hazırlığı layihəsinin icrası məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.84-cü bəndində göstərilmiş məbləğin 5,0 (beş) milyon manatı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.