Könül Səssiz & Cezayir Cengiz: “Cənnət qoxan Şəhidim!” – VİDEO

CƏNNƏT QOXAN, ŞƏHİDİM!…
(Şəhid Mustafayev Musa Əlövsət oğluna ithaf olunur)

Bizə sevinc bəxş etdin
Öz qanın bahasına.
Ey, Şəhid balam!
Axı sənin haqqını
Söylə necə ödəyim!?…
Necə gülüm axı mən
Necə sevinim axı?…
Gülərkən ağlar oldum
Ağlarkən gülər oldum.

Sevinc kədər qarışıb
Ürək dolubdu, daşır…
Eşidib şad xəbəri
Sevinmək istəyirəm
Biləndə şəhidim var…
Hayqırmaq istəyirəm
Var gücümlə bağırıb
Qışqırmaq istəyirəm:
“Namərd yağı!
Qaytar mənim balamı!
Qaytar mənim oğlumu!
Səndən insaf yoxdumu!?
Səni odda yanasan!
Tək, çarəsiz qalasan!
Tanrı versin cəzanı
Baxa- baxa qalasan!”…

Öz canı bahasına
Bizə müjdə gətirən,
Topraq həsrəti çəkən,
Azərbaycan adını
Zurvələrə qaldıran,
Tarixlərə yazdıran,
Şəhid balam!
Haqqını ödəyəməm!…

Hər alınan torpaqda
Sənin alın tərin var.
Nahaq axan qanın var!…
O torpağı qorumaq
İndi bizim borcumuz!
Səndən bizə əmanət
El-odamız, yurdumuz.

Haqqını halal eylə
Ey, nur üzlü Şəhidim!
Haqqını ödəyəməm!
Məkanın cənnət olsun!
…Cənnət qoxan, Şəhidim!…

 

Pressaz.az