Nizami Qərib: “ANA VƏTƏN AZƏRBAYCAN!”

ANA VƏTƏN AZƏRBAYCAN!

Müzəffərdir ordun sənin,
Cənnətdir hər yurdun sənin.
Yenilməzdir qurdun sənin,
Ana Vətən, Azərbaycan!

Çəkildi duman yolundan,
Qırıldı zəncir qolundan.
Azadsan əsir halından,
Ana Vətən, Azərbaycan!
Yaşa-yaşa, Azərbaycan!

Çiçəkləndi Laçın, Şuşa,
Cıdır düzün gəldi cuşa,
Hər zaman firəvan yaşa,
Ana Vətən, Azərbaycan!
Yaşa-yaşa, Azərbaycan!

Bülbüllərin Cıdır düzdə,
Quruyubdur yaşı gözdə.
Ucalıqsan hər bir sözdə,
Ana Vətən, Azərbaycan!
Yaşa-yaşa, Azərbaycan!

Sənin xalqın qalib xalqdır,
Qürurluğa sahib xalqdır,
Şair xalqdır, ədib xalqdır,
Ana Vətən, Azərbaycan!
Yaşa-yaşa, Azərbaycan!

Əziz xalqım, ayağa dur,
İlhamınla, zirvədə dur!
Bundan böyük, varmı qürur,
Ana Vətən, Azərbaycan!
Yaşa-yaşa, Azərbaycan!

Nizami Qərib – Pressaz.az