Ramilə Atəş: “ZƏFƏR MARŞI ÇALINSIN!”

        ZƏFƏR MARŞI ÇALINSIN

Qələbə əzmilə irəli, igid əsgər!
Göstər yağı düşmənə gücünü, qüdrətini.
Şəhidlərin ruhuna qoy dualar oxunsun,
Qarabağım alınsın, zəfər marşı çalınsın!

Top, mərmilər, raketlər kül eyləsin düşməni,
Qorxaq, ziyakar olur, hamı bilir erməni.
Qarabağ Azərbaycan! Sənə qurbandır bu can!
Qarabağla birlikdə güləcək Azərbaycan!

Şanlı, qüdrətli ordum, zəfər bizimdir, bizim!
Şuşa, Kəlbəcər, Laçın, yollarına gül düzüm.
Zəngilanım, Füzulim, Cəbrayılım, can evim,
Xocalı, Ağdam mənim, nəfəsim, güman yerim.

Qubadlı, Xocavənd də gözləyir yolumuzu,
Ağdərə sağ qolumuz, aydın olsun yolumuz.
Cıdır düzü səsləyir bizləri qələbəyə,
Şəhidlərin ruhuna qoy dualar oxunsun,
Qarabağım alınsın, zəfər marşı çalınsın!

 

 

Ramilə Atəş – Pressaz.az