Püstə Rəvan: “QƏLƏBƏ ÇALACAQ AZƏRBAYCANIM!
QƏLƏBƏ ÇALACAQ AZƏRBAYCANIM
Varlı ellərimdə gəzirdi yağı,
Alınmışdı el-obamın cənnət bağı,
Getməz ürəyimdən Vətənin dağı,
Bu gün sevinclərlə dolacaq canım,
Qələbə çalacaq Azərbaycanım!
Vətənin içindən başlayır evin,
Ana tək Vətəni ürəkdən sevin,
Alın qarşısını gur axan selin,
Düşməni lərzəyə salacaq, canım,
Qələbə çalacaq Azərbaycanım!
Azərbaycan əsgəri, igid qoçaqdı,
Düşmənin gözünə süngü, bıçaqdı,
Yağıdan alınan bizim ocaqdı,
Tanrı köməyiniz olacaq canım,
Qələbə çalacaq Azərbaycanım!
Qarabağdan ayrılmışıq illərdən bəri,
Gözəl Vətənimin dillər əzbəri,
Daha tükənibdi millətin səbri,
Şəhidlərin qisasını alacaq, canım,
Qələbə çalacaq Azərbaycanım!
Pressaz.az