Müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır
Müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır. Hər birimizin layiqli vətəndaş kimi yetişməyində müəllimlərimizin əvəzsiz xidmətləri olmuşdur. Bu gözəl və şərəfli işin dəyərini bilən əcdadlarımız həmişə müəllimə hörmətlə yanaşmışlar.
Bu gün məktəblərimizdə bu qiymətə layiq olan, öz sənətini ürəkdən sevən, yüksək peşəkarlığı ilə fərqlənən, cəmiyyətin onların qarşısında qoyduğu vəzifəni – hərtərəfli biliyə, onları tətbiq edə bilmək qabiliyyətinə, yüksək əxlaqi keyfiyyətlərə malik nəsil tərbiyələndirmək vəzifəsini şərəflə yerinə yetirən müəllimlər çoxdur.
Bir çox sənət və peşə sahiblərindən fərqli olaraq müəllimlərin peşə bayramlarının dunya miqyasında qeyd olunması müəllimlik sənətinin başqa peşə və sənətlərdən yüksəkdə durduğunu, müəllimlərin bütün millət və xalqlar arasında böyük hörmətə və nüfuza malik olduqlarını sübut edir.
Bu gün bütün dünyada olduğu kimi, Azərbaycanda da hörmətli müəllimlərimiz üçün əziz gündür – müəllim adını daşıyanlar,bu adın dəyərini bilənlər öz peşə bayramını qeyd edirlər.
Biz də Pressaz.az saytı adından Abşeron rayon Xırdalan şəhəri 10 saylı tam orta məktəbin direktoru Elnarə Həsənovanı və həmin məktəbin tarix müəllimi, 7a sinif rəhbəri Səfərova Səkinə müəlliməni və onların simasında bütün müəllimləri təbrik edirik. Qoy hər zaman sevincli təbriklər əhatəsində olasınız.
Saytın rəhbəri, Təsisçi və Baş redaktor: Ramilə Məmmədova