Naftalanda 5 min il yaşı olan çoxtəbəqəli yaşayış məskəni aşkar edilib – VİDEO

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Naftalan arxeoloji ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru, dosent Müzəffər Hüseynovun rəhbərliyi ilə aparılan arxeoloji qazıntılar zamanı Naftalan şəhərinin Qaşaltı-Qaraqoyunlu kəndi ərazisində çoxtəbəqəli yaşayış yeri aşkar olunub.

Pressaz.az Xezerxeber.az-a istinadən xəbər verir ki, yaşayış yerinin yerləşdiyi təpənin ümumi sahəsi 5 hektara yaxın, hündürlüyü isə 10 metrdən artıqdır. Yaşayış yeri təpənin demək olar ki, bütün ərazisini əhatə edir. Abidənin əsas təbəqəsi Eneolit dövrünə aiddir. Bu dövrə aid mədəni təbəqənin qalınlığı 2 metrdən çoxdur. Eneolit dövrünə aid təbəqədən 5-ci minilliyə aid oval, dairəvi quruluşda çiy kərpicdən tikinti qalığı, qazma evlər, saxsı qab hissələri və daş əmək alətləri aşkarlanıb.

Xezerxeber.az-ın mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edirik: