DİLGUŞƏ GÜLÜMCAN: KEÇƏN O GÜNLƏRDƏN XATİRƏ QALAR….. + FOTO – VİDEO

Gülümcanova Dilguşə Abbasəli qızı 31.03.1954 cü ildə Azərbaycanın Naftalan şəhərində anadan olub. (1971-1977) illərdə Bakı Dövlət Universitetinin Kimya fakultəsində oxuyub. 25 il Bakı mebel fabrikasında müxtəlif vəzifələrdə çalışıb.O ərəfədə 5 il Həmkarlar Komitəsinin sədri olub. (1997-2001) illərdə Goranboy rayonun sərhədyanı kəndində kimya müəlliməsi işləyib.  “Sevgi quyusu” (2014 il), “Sabaha oyanan ümidlər”(2016 il),”Özümü axtarıram”(2017 il) adlı üç şeir kitabının müəllifidir.

Pressaz.az saytına müsahibə zamanı Dilguşə xanımın söylədiklərini sizlərə təqdim edirik: “Türkiyənin İstanbul şəhərində “Şiir fırtınası” sitəsində iştirak etmişəm və “Təşəkkür Belgesi”nə layiq görülmüşəm. “Türk Dünyası” ozanlar və şairlər antalojisində (Türkiyə 2016 il) çap olunmuşam. “Aşıq Pəri” məclisinin üzvüyəm və məclisin antalogiyasında çap olunmuşam (2018 il). “Məhsəti” şairlər məclisinin,Dünya Azərbaycanlilarının Mədəniyyət Mərkəzinin Qadınlar şurasının və “Bura Vətəndir” məclisinin üzvüyəm. Təmiz Rus və Türk dillərini bilirəm. İndi Kiyevdə yaşayıram. Kiyev Azərbaycanlılar konqresinin üzvüyəm. Burda məktəbdə Azərbaycan dilindən dərs deyirəm. Vətəndən uzaqda yaşamaq çox cətindir…. “

Bu bir neçə kəlmə ilə  Dilguşə xanım nə qədər vətən həsrəti çəkdiyini bəlli edir.  Vətəndən uzaqda olsa da öz doğma dilimizi, milli mentalitetimizi unutmayan Dilguşə xanım  ölkədən kənarda da vətənimizi layiqincə təmsil edir. Onun vətənə olan  sevgisi yazdığı şeirlərində öz əksini tapır.

Mətni hazırladı :  Könül Mirmövsümova