“27 İL QUBADLISIZ”… – Ədalət Əroğlu – FOTO

27 İL QUBADLISIZ…

Qubadlı rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi 14 mart 1933-cü ildə yaradılmışdır. İnzibati mərkəzi Qubadlı şəhəridir. İnzibati bölgüsünə 1 şəhər, 93 kənd, 31 inzibati-ərazi dairəsi aiddir. Ərazisində 115 iri və orta müəssisə , 11 məktəbəqədər uşaq müəssisəsi, 56 ümumtəhsil məktəbi, 1 texniki peşə məktəbi, 4 xəstəxana və tibb müəssisəsi, 111 mədəniyyət ocağı vardır. Qubadlı rayonu ilə Bakı arasında olan məsafə 403 kilometrdir.

Rayon ərazisi 31 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir.

1993-cü il avqust ayının sonunadək davam edən 5 illik müharibə zamanı Qubadlı rayonundan 238 nəfər şəhid olmuşdur. Onlardan 9 nəfəri ölümündən sonra Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülmüşdür.

Allah bütün  şəhidlərimizə rəhmət  etsin. Məkanları cənnət olsun!İnanıram ki, tezliklə, işğalda qalmış dədə-baba torpaqlarımız güclü Azərbaycan Ordumuzun qəhrəmanlığı, şücaəti nəticəsində azad olunacaq. Həmin torpaqlarımız yenidən gül-çiçəklərə bürünəcək.

HÜQUQŞÜNAS-ŞAİR
QAFAROV ƏDALƏT İZZƏT OĞLU (ƏROĞLU)

Pressaz.az