Rəvan Məmmədov – Yeni şeirlər

           DAĞLAMIŞAM MƏN 

Qoy belə izzahın verim eşqimin,
Ruhumu ruhuna bağlamışam mən,
Hər dəfə mən səni salanda yada,
Uşaq tək kövrəlib ağlamışam mən.

Bu şəhər mənimçün olub bataqlıq,
Sən gedən o gündən yoxdu rahatlıq,
Görə bilmək üçün bircə saatlıq,
Bütün gecələri, çağlamışam mən.

O sənli günlərim düşərkən yada,
Oluram ən xoşbəxt fani dünyada,
Çox qalma uzaq da, gəl yetiş dada,
Bu qəlbi həsrətlə dağlamışam mən.

 

          ÖLMƏYƏ GƏLSƏM

İlahi qoyarsan keçim qapından?
Dərdimi səninlə bölməyə gəlsəm,
Etdiyim səhvləri etiraf edib,
Xəcalət çəkərək ölməyə gəlsəm.

Bilirsən günahım çox olur mənim,
İmanım üzülüb yox olur mənim,
Bilirəm rəhmətin çox olur sənin,
O həmən rəhməti görməyə gəlsəm.

Oxudum QURANIN mən ortasında,
Öyrəndim çarənin sən olmasında,
Günahla bu qəlbin tən ortasında,
Təqvadan bir hasar hörməyə gəlsəm.

 

                        MƏN
Bu yaxın zamanda dərk eyləmişəm,
Ömrümün çoxunu atmışamki mən,
Sanırdım uşaqam hələ körpəyəm,
Yaş, yetişib qırxa çatmışamki mən.

Sanmıram xoşbəxdir insanın çoxu,
Görmüşəm çox acı görmədim toxu,
Duymadım xoşbəxtlik adlı bir qoxu,
Dünyanın qəmində batmışamki mən.

Ömrüm bir hədəfdir günlərim oxdur,
Sanırdım cavanam zamanım çoxdur,
Ömrüm keçib gedib xəbərim yoxdur,
Filin qulağında yatmışamki mən.

 

             QALARSANMI SƏN 

Saf eşqin çeşməsi olub həzincə,
Axaraq qəlbimə dolarsanmı sən?
Bu qırıq qəlbimi alıb əlimdən,
O qəlbin sahibi olarsanmı sən?

Həsrətin doğrayıb böldürüb məni,
Ərimiş şam kimi söndürüb məni,
O qəmzən o nazın öldürüb məni,
Əbədi yanımda qalarsanmı sən?

Dalmışam xəyala sözlərin üstə,
Qoy qalxım səmaya gözlərin üstə,
Qoyaraq başımı dizlərin üstə,
Ruhumu ruhunla alarsanmı sən?

Eşq olsun Rəvandan istəyin umun,
İçimdə çürütmə bu eşqin tumun,
Xoşbəxtlik adında olan məhvumun,
Adını ömrümə salarsanmı sən?

 

 

Pressaz.az