Könül Səssiz- Yeni Şeirlər – FOTO
MƏNİM İGİD QARDAŞIM
(Qarabağ müharibə veteranı, gizir Polad Bayramova)
Keçdiyin həyat yolu,
İşgəncə, əzab dolu,
Qanlı döyüş, iztirab,
Cavabsız gizli soru…
Qəlbində vətən dərdi,
Bu həsrət səni gərdi.
Yağı düşmənə qarşı,
Geniş sinən sipərdi.
Qarabağ deyib durdun,
Düşməni ağlar qoydun.
Keçib oddan, alovdan,
Torpağını qorudun.
İndi ən böyük arzun,
“Qarabağ bizim olsun!”
Bu istək yerin bulsun,
Tanrı, səni qorusun!
Qeyrət sənin qanında,
And içdin məzarında.
Söz verdin qisas üçün,
Şəhidlərin yanında.
Allah sənə yar olsun!
Düşmənlərə ar olsun!
Anaların duası,
Daim səni qorusun.
Polad kimi əyilməz,
Mənim, igid qardaşım!
OYAN, EY AZƏRBAYCANIM!
Qəlbimdəki kədər yükü incidir, çox ağırdır,
Torpağımda at oynadan, yenə həmin yağıdır.
Anaların dilində ürək dağlayan ağıdır,
Oyan ey Azərbaycanım, artıq qisas vaxtıdır!
Daha yaza bilməyirəm şəhidimdən, elimden,
Necə yazım , nə söyləyim axı hansı günümdən!?
Daha bəsdir! Yetər artıq!.. heç düşməyir dilimdən,
Oyan ey Azərbaycanım, artıq qisas vaxtıdır!
Harda görsəm boynubükük qalan şəhid balası,
Ürək yanır, sızıldayır qəlbdə vətən yarası.
Əli – qolu bağlı qalmaq inan ki, üz qarası,
Oyan ey Azərbaycanım, artıq qisas vaxtıdır!
Çağır bizi, oğlun-qızın ətrafında birləşək,
Bu həyatın gerçəyiylə, həqiqətlə üzləşək.
Başqa yol yox! İrəliyə!…Biz düşmənlə döyüşək!
Oyan ey Azərbaycanım, artıq qisas vaxtıdır!
RAHAT YAT SƏN, EY ŞƏHİDİM!
Sən haqqın yoluyla getdin,
Zalımların boynun əydin.
Məzlumun dadına yetdin,
Rahat yat,sən, ey şəhidim.
Cavan canına qıyanlar,
Türkün səsinə oyanar.
Qana-qan, bilsin duyanlar.
Rahat yat,sən, ey Şəhidim!
Sən ölmədin, şəhid oldun,
Peyğəmbərə qonşu oldun.
Vaxtsız məzara qoyuldun,
Rahat yat, sən, ey Şəhidim!
Könül Səssiz
Pressaz.az