Ermənistanın uğursuz təxribatı – VİDEO

Tovuz döyüşlərində ağır itkilər verən Ermənistan hər vəchlə çalışır ki, bu məğlubiyyətin əvəzin çıxsın. Elə bu məqsədlə də onlar növbəti dəfə təxribata əl atdılar.

Pressaz.az Xezerxeber.az-a istinadən xəbər verir ki, bunu hərbi ekspert Üzeyir Cəfərov deyib.

Onun sözlərinə görə, cəbhənin Goranboy istiqamətində Ermənsitan silahlı qüvvələrinin diversiya cəhdi bu dəfə də baş tutmadı. Onların bu addımı cari ilin iyulunda Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində həyata keçirdiyi təxribatın davamıdır.

Azərbaycan Silahlı Qüvvələri hər zaman olduğu kimi, bu dəfə də ayıq-sayıqlığını, peşəkarlığını nümayiş etdirərək diversiya cəhdinin qarşısını aldı və qrupun komandiri əsir götürüldü. Üzeyir Cəfərov bildirir ki, əslində Ermənistan silahlı qüvvələri diversiya-kəşfiyyat qrupunun komandirinin verilən tapşırığı uğursuz yerinə yetirməsi bu ölkənin ordusunun, hətta zabitinin belə nə qədər qeyri-perşəkar olduğunu bir daha göstərdi.

Düşmən ordusunun zabitinin əsir götürülməsi onu deməyə əsas verir ki, Ermənsitan hakimiyyəti Qarabaq məsələsi ilə bağlı ciddi nəticələr çıxarmalıdır. Bir məsələni də qeyd edək ki, Ermənistan silahlı qüvvələri diversiya-kəşfiyyat qrupunun komandirinin əsir götürülməsi Tovuz hadisələri zamanı olduğu kimi Azərbaycan Ordusunun növbəti uğurudur.

Xatırladaq ki, ötən gün cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələri diversiya-kəşfiyyat qrupunun komandiri əsir götürülüb

Pressaz-az  mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: