TƏBİB-dən xəbərdarlıq: Payıza hazırlıq işləri görülür – VİDEO

Ölkəmizdə koronavirus infeksiyasına yolxumada artım müşahidə olunmasına baxmayaraq vəziyyət ciddi nəzarət altındadır. Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib. Onun sözlərinə görə, karantin rejimi ilə bağlı mərhələli şəkildə yumşaldılmalara gedilən zaman bəlli artımlar gözlənilən olur. Mətbuat konfransında bu xəstəliyə yoluxan şəxsləri müalicə edən həkimlər də iştirak edib və öz fikirlərini bölüşüblər.

Ötən günlə müqayisədə son sutka ərzində ölkədə koronavirus infeksiyasına yoluxanların sayında artım olub.Belə ki,ötən gün bu infeksiyaya 139 yeni yolxma faktı qeydə alınmışdırsa,son sutkada bu rəqəm 162 olub. Bununla yanaşı,171 nəfər COVID-19-dan sağalsada,2 nəfər vəfat edib.Elə bu məsələ Nazirlər Kabineti yanında Operativ Qərargahında narahatlığına səbəb olub.

Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında çıxış edən TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib ki, “Mərhələli şəkildə yumşaltmalara gedilən zaman bəlli artımlar gözləniləndir.O bildirib ki, bu, heç də o demək deyil ki, vətəndaşlar qaydalara əməl etməməlidirlər. Yaqut Qarayevanın sözlərinə görə,bu gün karantin rejimində sərtləşməyə getməklə bağlı ciddi dəyişiklik yoxdur.Ancaq yoluxmada artım olsa da vəziyyət ciddi nəzarət altındadır. “Koronavirusa yoluxmaların 50 faizindən çoxu isə Bakı və Abşeron yarımadasının payına düşüb”.Yaş həddinə gəldikdə də, ən çox yoluxmalar 50-59 yaş qrupundadır.

Şöbə müdiri onu da qeyd etdi ki, əvvəlki aylarla müqayisədə Yoluxma sayında azalma olduğu üçün bəzi pandemiya xəstəxanaları bağlanıb.

TƏBİB-in rəsmisi vurğuladı ki,Azərbaycan peyvənd istehsal edən bütün ölkələr və təşkilatlarla ikitərəfli danışıqlar aparılır.Hansısa peyvənd ÜST və başqa beynəlxalq təşkilatlar tərəfindən təsdiq olunmarasa onun alınmasından söhbət belə gedə bilməz.Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının reanimasiya şöbəsinin müdiri Emil Qasımov isə bildirib ki,COVID-Ə yoluxan şəxslərin müalicəsində əldə olunan nəticələr dünyanın bir çox inkişaf etmiş ölkələri ilə eyni səviyyədə, hətta bəzilərindən yaxşıdır.Bu nəticənin əldə edilməsinə səbəb isə həm həkimlərin göstərdiyi şücat,həm də dövlətin dəstəyi olub.

Emil Qasımovun sözlərinə görə,Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının reanimasiya şöbəsində koronavirusa yolxuan şəxsləri müalicə edən zaman immun plazmadan istifadə edən zaman effekt aldınan xəstələrin sayı kifayət qədər olub.

Mətbuat konfransında çıxış edən Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Fərrux Sədirov isə qeyd edib ki, xəstəliyi yüngül formada keçirən şəxslərin 10 gündən sonra virusu başqa şəxslərə yoluxdurma ehtimalı yoxdur: “Ağır keçirən şəxslərdə isə bu, 20 gündür. Xəstələr ümumilikdə tamamilə müalicə olunduqdan sonra evə göndərilir”.Fərrux Sədirov bildirdi ki,Mərkəzi Neftçilər Xəstəxanasında koronavirusdan ölüm faizi hazırda 12 faizdir. Ümumilikdə Azərbaycanda COVID-a yoluxub ölənlərin fazi isə 1,5-1,6 arasında dəyişir.\xezerxeber.az