PSJ tarixində ilk dəfə Çempionlar Liqasının finalına yüksəlib – FOTO/VİDEO

Çempionlar Liqasında yarımfinal mərhələsi start götürüb.

Bu gün ilk finalçı müəyyənləşib.

Birinci cütlükdə “Leypsiq”lə PSJ üz-üzə gəlib. Turnirin əsas favoritlərindən olan parislilər böyükhesablı qələbə qazanaraq, finala yüksəlib.

Fransızların həlledici qarşılaşmadakı rəqibi avqustun 19-da keçiriləcək “Lion” –“Bavariya” görüşünün qalibi olacaq.

“Leypsiq” (Almaniya) – PSJ (Fransa) – 0:3
Qol: Markinos, 13, Di Maria, 42, Bernat, 56