XALİDƏ İLYASQIZI – YENİ ŞEİRLƏR – FOTO

 

       SON ŞƏHİDİN OLSUN,VƏTƏN !
(Vətən uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsinə ithaf edirəm! Ruhunuz şad olsun Amin!)

Vətən dərdin dözülməzdi!
Torpaq doydu,doydu, yetər!
El ürəyi qan ağlayır,
Şəhid dərdi yaman,betər!

Son şəhidin olsun, vətən!
Çox igidin gedib bada!
Oğlanların mübarizdi,
Yetəcəklər sözsüz dada!

Düşmən göz çək,vətənimdən!
Bura şəhid qanı axıb!
Ayaq basma yandıraram,
Səni şimşəktəki çaxıb!

Bu cür zillət olmaz axı!
Çox zalımsan,bezdik,bezdik!
Arzun cavab almaqdırsa,
Bəsdir daha,dözdük,dözdük!..

Son şəhidin olsun,vətən !
Ana yurdu alacağıq!
Düşünmə ki,öləcəyik,
Qələbəni çalacağıq!

 

            ŞƏHİD GENERALIMIZ
(Vətənimiz uğrunda böyük şücaət göstərərək öz canından keçib şəhidlik zirvəsinə ucalmış həmyerlim generalımız Polad Həşimovun əziz xatirəsinə ithaf edirəm.Qəhrəmanımızın ruhu şad olsun Amin.)

O gün hamı ağlayırdı!
Bu dərd ürək dağlayırdı,
Yolu hicran bağlayırdı,
Kim ələdi odu, Polad?
Aldın şəhid adı, Polad!

Nalə çəkdi ana yaman,
Dözülməzdi aman, aman!
Ad qazandın zaman-zaman!
Kim ələdi odu Polad!
Aldın şəhid adı Polad?

Qəbələnin igid oğlu!
Anan səni igid doğdu!
Həmlən namərdləri qovdu!
Kim ələdi odu Polad?
Aldın şəhid adı Polad!

Ocağımız, odumuzsan,
Köməyimiz,dadımızsan!
Sən fəxrimiz adımızsan!
Kim ələdi odu Polad?
Aldın adı, şəhid Polad,

Bu dərdinə el ağladı.
Anan da qara bağladı!
Xalidəni dərd dağladı!
Kim ələdi odu, Polad?
Aldın şəhid adı, Polad!

Əsgərlərin qisas alar!
Namərdləri perik salar.
El Qələbə marşı çalar!
Söndürək bu odu, Polad!
Yad edək bu adı, Polad!

 

Pressaz.az