Milli Məclisin payız sessiyasının ilk plenar iclasının vaxtı açıqlandı

Milli Məclisin payız sessiyasının ilk plenar iclasının vaxtı məlum olub.
Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, payız sessiyasısentyabrın 30-da başlanır vədekabrın 30-dək davam edir.
Əgər sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.
Sentyabrın 30-u çərşənbə gününə düşdüyündən parlamentin builki payız sessiyası məhz həmin tarixdə keçiriləcək.
Komitə iclaslarının keçirilməsinə isəsentyabrın 15-dən başlanılacaq./report