Razi Nurullayev xəstəxanada Qarabağ qazisini ziyarət edib- FOTO

Razi Nurullayev xəstəxanada Qarabağ qazisini ziyarət edib- <span style=color:#ff0000>FOTO</span>

Deputat Razi Nurullayev Qarabağ qazisi, Çeçenistanın ilk fəxri vətəndaşı, sağlamlığını torpaq və ölkə uğrunda qurban vermiş Arif Məhərrəmovu müalicə aldığı xəstəxanada ziyarət edib.

Pressaz.az xəbər verir ki, deputatla görüşdə qazi xalqdan, dövlətdən mənəvi dəstək, diqqət istədiyini deyib.

Vətən uğrunda sağlamlığını qurban verən Arif Məhərrəmov unudulmaq istəmir.

O, hazırda Sabunçu xəstəxanasında müalicə alır.

Qeyd edək ki, Arif Məhərrəmov Azad Qafqaz Beynəlxalq İctimai- Siyasi Təşkilatin Azərbaycan nümayəndəsi, Qarabağ qazisi, Çeçenistanin ilk fəxri vətəndaşı və Millət Qəhrəmanıdır.(cephe.info)

 

Pressaz.az