Bakıda qatar avtobusla toqquşdu: ölən var + VİDEO
Bakının Binə qəsəbəsində 160 nömrəli marşrut avtobusu yük qatarı ilə toqquşub.
Pressaz.az Oxu.Az-a istinadən xəbər verir ki, qəza nəticəsində qatarın teplovozu yoldan çıxıb, avtobus sərnişinləri arasında yaralananlar var.
Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova Oxu.Az-a açıqlamasında bildirib ki, hadisə Xəzər rayonu Binə qəsəbəsində baş verib:
“14.35 radələrində 160 saylı marşrut avtobusu həmin ərazidəki qorunan dəmiryolu keçidində yük qatarı ilə toqquşub. İlkin məlumata görə, xəsarət alanlar var. Hadisə ilə bağlı araşdırma aparılır”.