Azərbaycanda daha bir həkim COVID-19 infeksiyasının qurbanı olub.

Aprel döyüşlərində yüzlərlə əsgər və zabitin həyatını xilas etmiş tibb xidməti mayoru, Silahlı Qüvvələrin Baş Klinik Hospitalının anestezioloq-reanimatoloqu Teymur Cəfərov koronavirusdan dünyasını dəyişib.

Qeyd edək ki, Teymur Cəfərovun müalicəsi Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə nəzarətə götürülmüşdü. O, Mərkəzi Hərbi Hospitalda EKMO ciahazına qoşulmuşdu.