Məktəblər vaxtında açıla bilər – AÇIQLAMA – VİDEO

“Koronavirusa qarşı sınaq mərhələsində olan 25 namizəd peyvənd artıq insan sınaqları mərhələsindədir. Peyvəndlərin 3-cü və 4-cü mərhələyə keçməsi gözlənilir”.

Pressaz.az Xezerxeber.az-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycanda səfərdə olan missiyasının rəhbəri David Novillo Ortiz deyib.

Onun sözlərinə görə, hazırda koronavirusa qarşı hazırlanma mərhələsində 265 namizəd peyvənd var.

David Novillo Ortiz təəssüflə qeyd edib ki, bu günədək dünyada 660 min insan COVID-19-dan vəfat edib.

O deyib ki, Avropada, o cümlədən digər ölkələrdə yumşalmadan sonra yoluxma sayı yenidən artır. Bəzi Avropa ölkələrində koronavirusa yoluxmanın yenidən artdığı müşahidə olunur. Buna görə də mübarizə davam etdirilməlidir.

TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası sobəsinin mudiri Yaqut Qarayeva isə hazırda koronavirusdan sağalma sayı yoluxmanı üstələyir və bu hal olduqca yaxşı nəticədir.

Şöbə müdiri onu da əlavə edib ki, hazırda çimərliklər, məktəblər və uşaq bağçalarının açılması ilə bağlı məsələlər Operativ Qərargah və ÜST-ün missiyası tərəfindən bilikdə müzakirə olunur. Rayonlara yolların açılması isə yoluxma sayının artmasına səbəb ola bilər. Avqustun 5 -i karantin qaydalarına ediləcək dəyişikliklər barədə yaxın günlərdə ictimaiyyyətə məlumat veriləcək.

Pressaz.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: