Türklər Bələdiyyəsi bu gün

Beyləqan rayonu Türklər Bələdiyyəsinin layihələri kəndin müxtəlif sahələrini əhatə edərək insanları narahat edən yerli problemlərin həllinə yönəldilmişdir. Bələdiyyənin layihələri əhalinin maarifləndirilməsi, sağlamlığının qorunması, aztəminatlı təbəqələrindən olan vətəndaşlara sosial yardımın, mərasim xidmətlərinin göstərilməsi,gənc nəslin formalaşması,kənd ərazisinin abadlaşdırılması,müxtəlif məhəllə və küçələrinin kommunal infrastrukturunun yaradılması və inkişafı, yaşıllığın  salınması və yenidən qurulması, xarici əlaqələrin genişləndirilməsi, bələdiyyə müəssisəsinin maddi – texniki bazasının yaradılması kimi sahələri əhatə edir.

Beyləqan rayonu Türklər Bələdiyyəsinin sədri Sabir Yunusov Pressaz.az saytının əməkdaşları ilə görüşərkən öz fikirlərini belə ifadə etmişdi: “Bələdiyyələr öz səlahiyyətlərini daha keyfiyyətli və vaxtında həyata keçirmək üçün maliyyə resurslarını inkişaf etdirməli və dayanıqlı gəlir mənbələri yaratmalıdırlar. Bu məqsədlə bələdiyyələr ümidlərini qanunvericiliyə uyğun olaraq yerli büdcəyə aid edilən yerli vergi və ödənişlərə bağlamamalıdırlar. Bələdiyyələrin kompleksli inkişafı yerli təsərrüfatların səmərəliliyinin artırılması, sosial-mədəni və ekoloji məsələlərin həlli, habelə əmək, təbii və digər yerli ehtiyatlardan istifadə etməklə vətəndaşların həyat və istirahəti üçün zəruri şərtlərin yerinə yetirilməsi məqsədlərinə xidmət edir. Və biz də öz növbəmizdə kənd camaatının rifahının yaxşılaşması üçün əlimizdən gələni əsirgəmirik”.

 

Mətni hazırladı: Ramilə Məmmədova