Ayasofyada 86 ildən sonra ilk namaz qılındı – FOTO

Türkiyənin İstanbul şəhərindəki Ayasofya məbədki bu gündən rəsmən məscid kimi fəaliyyətə başlayıb. Pressaz.az-ın məlumatına görə, Ayasofyada bu gün 1934-cü ildən bəri ilk cümə namazı qılınıb.

Cümə namazına Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyənin vitse-prezidenti Fuat Oktay, Türkiyə parlamentinin sədri Mustafa Şentop, MHP sədri Dövlət Baxçalı, sabiq Baş Nazir Tansu Çiller, hökumət üzvləri, Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Fəxrəddin Altun, Diyanət İşləri Başqanı Ali Erbaş və digər şəxslər qatılıblar.

Ümumilikdə namazda 1500-dən çox insan iştirak edib.

Məsciddə ilk dua Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən edilib.

Ayasofyaya 3 imam və 5 müəzzin təyin edilib. Qeyd edək ki, iyulun 10-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ayasofyaya məscid statusunun verilməsi barədə fərman imzalayıb.

 

 

Pressaz.az