Şair-publisist Rəna Qurbanlı Qılıcova Milli Mətbuat Günü münasibətilə ilə təltif olunub -FOTO – VİDEO
Pressaz.az-ın məlumatına görə şair-publisist Rəna Qurbanlı Qılıcova Milli Mətbuat Günü münasibəti ilə “BƏŞƏRİ SƏRVƏT” diplomu ilə təltif olunub.
Pressaz.az kollektivi də Rəna xanımı Milli Mətbuatımızın 145 illiyi münasibətilə təbrik edir, ona həyat və yaradıcılığında uğurlar diləyir.
Pressaz.az Rəna Qurbanlı Qılıcovanın şeirlərini təqdum edir:
ÖLMƏYİB GENERALIMIZ
Qurbanam ordumun igidlərinə,
Qurbanam can qoyan şəhidlərinə.
Anadan doğulub onlar qəhrəman,
Vətəni uğurunda veribdilər can.
General dayandı ordu başında,
O, şəhid olubdu qırx beş yaşında.
Ömrün çiçəkləyən gözəl vaxtında,
General oturdu şəhid taxtında.
Əsgərinin önündə Polad yer aldı,
İgid tək tarixə adını saldı.
Adı da Poladdı, özü də Polad,
Halaldı Polşada verilən bu ad.
Vətəni uğrunda verdi canını,
Yerlərə çilədi qızıl qanını.
Yerdə qalmayacaq bir damla qanı,
Canıyla qorudu Azərbaycanı.
Ölməyib yaşayır generalımız,
Fəxr edir onunla bütün xalqımız.
Cənnət məkanıdır igidimizin,
Fəxridir həmişə hər birimizin.
ELŞADDIR İGİDİN ADI
Ey Tovuz yurdunun igid övladı!
Döyüşdə sən aldın şəhidlik adı.
Ucaldın ən yüksək bir zirvəyə sən,
Unutmaz heç zaman seni bu Vətən!
Ağdamda doğuldu, Ağdam övladı,
Məmmədov Elşaddı igidin adı.
Evin tək övladı bircə dirəyi,
Gülləyə tuş gəldi onun kürəyi.
Bu torpaq Elşadı qoynuna aldı,
İgidsən bir oğlu yadigar qaldı.
Ananın təpədə gözüydü Elşad,
Bu gün şəhid olan özüydü Elşad!
Adını tarixə yazdı qanıyla,
Torpağı qorudu şirin canıyla.
Ölməyib, yaşayır igid qəhrəman!
Fəxr edir onunla bu Azərbaycan!
ŞƏHİDİN VAR, AZƏRBAYCAN!
Qalx ayağa Azərbaycan!
İgidlərin veribdir can.
Hər şey olub yerlə, yeksan,
Gölə dönüb süzülən qan.
Bu qan bizim qanımızdı,
O, igidlər canımızdı.
Şəhidin var Azərbaycan!
Qoyma yerdə qalsın o qan.
İgid əsgər möhkəm dayan,
Sizinlədir xalqın hər an.
Ey igidlər, ey ərənlər,
Burda mənəm, mən deyənlər.
Qılıncım tək qalx ayağa,
Sahib çıxın o torpağa.
Qoruyun siz bu Vətəni,
Məhv eyləyin siz düşməni.
HALALDIR TOVUZUM
Günlər keçəcəkdir, gələcək zaman,
Dağların başında itəcək duman.
Səhər açılacaq, günəş doğacaq,
Qaranlıq gecəni işıq qovacaq.
Bütün yer üzünə nur ələnəcək,
Tovuzum işığa gur bələnəcək.
Ağlaşma səsləri qeyb olacaqdır,
Yerinə səadət, nur dogacaqdır.
Hər yerə yayılar bülbülün səsi,
Düşmənin kəsilər tamam nəfəsi.
Çünki mən əminəm Tovuz elinə,
Silahı alanda anlar əlinə.
Düşməni silərlər tam yer üzündən,
Məhv edər onları dünya düzündən.
İgiddir Tovuzun hər bir insanı,
Vətənin uğrunda verdilər canı.
Halaldır Tovuzum, halaldır sizə,
İndi xoş mujdələr göndərin bizə.
Siz oyun düşmənin görən gözünü,
Bütün yer üzündən silin özünü.
Pressaz.az