Ramilə Atəş: “Polad kimi əyilməz, mənim şəhid generalım”… FOTO

Şəhid generalımız əsgər və zabitlərinə şəhidliyi ilə nümunə olan elimizin qəhrəman oğlu general Polad Həşimovun əziz xatirəsinə!

MƏNİM ŞƏHİD QARDAŞIM

Əsgərlərin ümidlə gözləyirdi əmrini,
Doğma qardaşlar tək bölüşərdi dərdini,
Qanunla, ədalətlə davranardı hər kəslə,
Polad kimi əyilməz, mənim şəhid qardaşım!

Göz yaşları hər kəsi, boğdu acı xəbərdən,
Generalım, yoxlugun üzdü xalqı kədərdən,
Birlik zamanı gəldi, göstəriş ver, əsgərə,
Son mənzilə gedirsən, ellər gəlib görüşünə.

Qisasını alacaq, əsgərlərin darıxma,
Ruhuna and içiblər, məhv edəcək düşməni,
Torpaqlarımız azad, səmalarımız aydın…
Arzulamışdın hər an, mənim şəhid qardaşım!

Gün gələcək bitəcək, bu acılar, ağrılar,
Generalın yoxlugu Vətəninə dağ olar.
Bir gün düşmən yuvası ilahidən dağılar,
Sən məzarda rahat yat, mənim şəhid qardaşım!

 

 

Pressaz.az