Şair Nizami Qəribin söz dünyasından… – VİDEO

 

              ŞƏHİDİMİZ VAR

Bu xəbər od qoyub yandırır bizi,
Acı təsəllilər qandırır bizi,
Poladıq, əyəmmir sındırır bizi,
Deyəndə bizim də, Şəhidimiz var.

Səbrim düşmənimdən nə vaxt bac alar?
Yetmirmi bu qədər ağrı, acılar,
Göz yaşı tökürlər ana-bacılar,
Deyəndə bizim də, Şəhidimiz var.

Yayın istisində qış gəlir göydən,
Buludlar ağlayır, yaş gəlir göydən,
Qaya parçalanıb daş gəlir göydən,
Deyəndə bizim də, Şəhidimiz var.

Qərib özlüyündə özünü danır,
İçindən alışıb, içindən yanır,
Ümidlər qırılır, arzular sınır,
Deyəndə bizim də, Şəhidimiz var.

 

 

 

 

 

 

 

 

Pressaz.az