Şəhid gizir Yaşar Babayevin övladı dünyaya gəldi – VİDEO

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində düşmən hücumunun qarşısını alarkən şəhid olan Ağstafa rayon Köçəsgər kənd sakini, 1987-ci il təvəllüdlü gizir Babayev Yaşar Vasif oğlunun övladı dünyaya gəlib.

Pressaz.az Xezerxeber.az-a istinadən xəbər verir ki,  iki gün əvvəl son mənzilə yola salınan gizirimizin  qız övladı doğulub.

“Xəzər Xəbər” mövzu ilə bağlı reportaj hazırlayıb. Həmin materialı təqdim edirik: