RAMİLƏ ATƏŞ:”AZADLIQ, ŞƏHİDLİK QANIMIZDADIR”

 

Ramilə Atəş: Şəhidlik adi ölüm deyil, Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir. Şəhidlik verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Müqəddəs Quranda buyurulur ki, şəhidlik və qazilik peyğəmbərlərdən sonra gələn adlardır.

 Bu gün Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçularımız şəhid olub. Allahdan şəhidlərimizə rəhmət diləyir  və onların ailələrinə dərin hüznlə başsağlığı verirəm.

Başın sağ olsun, Azərbaycan! 

 

AZADLIQ, ŞƏHİDLİK QANIMIZDADIR

Qoru əsgərləri, qoru, Allahım,
Yetər, yetər artıq şəhiddən payım.
Səbr etdik, səbrimiz tükənsin artıq,
Şəhid balalar da rahatlıq tapsın.

Ana fəryad edir, ürəklər yanır,
Qisas almaq üçün, qəlb alovlanır.
Zəhərli ilanlar aramızdadır,
Azadlıq, şəhidlik qanımızdadır.

Ey şəhid anası, başını dik tut,
Axan göz yaşını, məğrur ol, qurut.
Ağlama, can ana, dözümlü dayan,
Qələbə marşın çal, millətim, oyan.

Bir olaq, gücümüz yetər düşmənə,
Qeyrətimiz bəllidir hər millətə.
Biz qalibik, inanırıq dövlətə.
Qarabağ şikəstəsi, oxu Şövkətim,
Oyansın qəflətdə yatan millətim.

Döyüşə hazırıq, hazırıq hər an,
Canımız qurbandır, Azərbaycan.
Atəş də yanaraq ruh verir sizə,
Qarabağ bülbülləri səslənsin yenə.

Pressaz.az