Hüquqşünas-şair Ədalət Əroğlu: “De sözünü, Azərbaycan! “

DE SÖZÜNÜ, AZƏRBAYCAN!

Döyünən ürəyimdir,
Cismimdəki qan.
Ulu Vətənimdir,
Can Azərbaycan.
Torpaq işğal olub,
Əsir qalıb ellərimiz.
Bir ovuc torpağa,
Bağlıdır bu can.
Canımda qalmayıb,
Əvvəlki o can.
Qalx ayağa,
De sözünü, Azərbaycan!

İşğaldadır Vətənim,
Əsir düşür millətim.
Şəhid olur Əsgərim,
Axıdılır nahaq qan.
Cismimdən ayrılır,
Həminki bu can.
Canımda qalmayıb,
Əvvəlki o can.
Qalx ayağa,
De sözünü, Azərbaycan!

Təbriz, Bakı, Dərbənd,
Hər üçü bir can.
Millətimiz birdir,
Ayrılmışdır can.
Birləşsək olarıq,
Bütöv Azərbaycan.
Qalx ayağa,
De sözünü, Azərbaycan! Azərbaycan!

 

 

 

Pressaz.az