Dr. Allerqoloq Vəfa Tarverdiyeva: Bronxial astma haqqında doğru bildiyiniz yalnışlar və yalnış sandığınız doğrular hansılardır?
Bronxial astma haqqında doğru bildiyiniz yalnışlar və yalnış sandığınız doğrular hansılardır?
1.Antibiotiklər : Əgər bronxial astma xəstəsində şikayətlər+ müayinələrlə təsdiqlənmiş bir infeksion ağırlaşma yoxdursa, bu xəstələrə antibiotiklər təyin etməyin heç bir mənası yoxdur. Antibiotiklər bronxial astmanın bazis müalicəsində tövsiyyə olunmur.
2.İnhalyator aerozollar(nəfəs yoluyla alınan dərmanlar): bronxial astmanin bazis(təməl) müalicəsini təşkil edir. İnhalyator aerozollar 2 qrupa bölünür. Təcili yardım məqsədilə istifadə olunanlar və uzunmüddətli müalicə məqsədilə təyin olunanlar. Əhali arasında yayılan mifə görə bu dərmanlar asılılıq yaradır. Bu fikir tamamilə yalnışdır.
3.Diaqnostika: Bronxial astmanın diaqnozu ağciyərlərin rentgen müayinəsiylə qoyulmur. Bronxial astma diaqnozu qoymaq üçün şikayətlər, klinika və spirometrik müayinələr üst-üstə duşməlidir.
4. Hormonal dərmanlar: İnyeksiya,tablet və inhalyator formada olur. Yenə da təbii ki, inhalyator formada olanlara üstünlük veriləcək. Çünki digərlərinin çoxsaylı əlavə təsirləri var. Əhali arasında diprospan, kenaloq kimi dərmanların nəzarətsiz istifadəsi xəstəliyin gedişini ağırlaşdırmaqla yanaşı bir çox yanaşı xəstəliklərin yaranmasına səbəb olur.
Dr. Allerqoloq Vəfa Tarverdiyeva
Pressaz.az