TELLİSƏNƏM BORÇALININ SÖZ DÜNYASINDAN…- FOTO

              ANAMIN ADI

Sanmayın həyatda hamı unudur.
Nə vaxtdır ürəyim göz yaşı udur.
Qəlbimin ən ülvi arzusu budur,
Dünyaya yayılsın anamın adı.

Körpə yaşlarımdan yol gəlir dərdim,
Misra əllərimlə dərdimi dərdim.
Sözlərin ömrünə ömrümü sərdim,
Dünyaya yayılsın anamın adı.

Könlümdə hər səhər cicəkləyir ah,
Qəmli köynəyini geyinir sabah.
Üz tutub göylərə deyirəm,Allah,
Dünyaya yayılsın anamın adı .

Odu səngimədi yanan sinəmin,
Gözü qurumadı gözümdə nəmin.
Tək bir murazı var Telli Sənəmin,
Dünyaya yayılsın anamın adı.

 

               USTADIM MENIM
((Bezi nadanlara cavab) Aşıq Qəhrəman mənim Ulu babamdir)

Cox zaman pərişan olsa da halım,
Sözün aynasıdır eşqim, camalım.
Göylərdə dolaşır Tərlan xəyalım,
Aşıq Qəhrəmandır ustadim mənim.

Bəxtin çöllərinə düşübdü axsam,
Ümidim sinemdə kövrələn bir şam.
Sözün yollarında yorulmamışam,
Aşıq Qəhrəmandır ustadim mənim.

Misralar könlümdə daşır bulaq tək
Ruhumda duyğular açıbdı çiçək.
Bir az delisovam,bir az da kövrək,
Aşıq Qəhrəmandır ustadım mənim.

Irfan qoxuludur şeirimin sətri,
Könüllərdə gəzir Tellinin xətri.
Səpilib ruhuma Borçalı ətri,
Aşıq Qəhrəmandır ustadım mənim.

Pressaz.az