Tələbələrin köçürülməsi nə vaxt həyata keçiriləcək? – RƏSMİ

İldə iki dəfə keçirilən tələbələrin köçürülməsi prosesi bu il də həyata keçiriləcək.
Pressaz.az XəzərXəbər-ə istinadən xəbər verir ki, bu sözləri “2019-2023-cü illərdə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsili və ikili diplom proqramlarının təşkili, eyni zamanda UFAZ-da magistratura proqramının həyata keçirilməsi ilə bağlı onlayn mətbuat konfransında Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Cəsarət Valehov deyib.
Onun sözlərinə görə, bu il tələbələrin köçürülməsi prosesi iyul-avqust aylarında baş tutacaq.