ƏDALƏT (ƏROĞLU) QAFAROVUN SÖZ DÜNYASINDAN…
MÜSTƏQİLDİR AZƏRBAYCAN DÖVLƏTİ
Qurduq dünyamızda şanlı dövləti
Dövlətlər yanında çoxdu hörməti.
Qazandıq həyatda şanı, şöhrəti
Müstəqildir, Azərbaycan dövləti.
Dəyişdi zəmanə, dəyişdi dövran
Ağır fəlakətdən keçdi bu ünvan.
Həyatda yaşatdı, bizlərə bir şan
Müstəqildir, Azərbaycan dövləti.
Ayrıldı vəhşi caynaqdan bu can
Bax bu şanlı yolda, axıdıldı qan.
Kömək oldu bizə Uca Yaradan
Müstəqildir, Azərbaycan dövləti.
Vətənə dolsa da, iblisin donu
Müstəqillik şandır, qoruyaq onu.
Qüdrətli dövlətdir, bax bunun sonu
Müstəqildir, Azərbaycan dövləti.
Qürurludur, Müstəqillik sözü də
Şan-şöhrətdi, Müstəqillik özü də.
Gəlin birgə öpək həmin sözü də
Müstəqildir, Azərbaycan dövləti.
Ədalətəm, Müstəqildir Dövlətim
Eşidəndə, müstəqilik, kövrəldim.
Müstəqillik həyatına güvəndim.
Müstəqildir, Azərbaycan dövləti
Əbədidir, Azərbaycan dövləti.
HƏR DOST DEDİYİNDƏ ETİBAR OLMAZ
İnsanı yaradıb uca Yaradan,
Qəlbində məhəbbət, ürəyində qan.
Ağıllı, ağılsız, hamısı adam,
Bəzi adamlarda etibar olmaz.
Möhkəm olur uşaqlığın dostluğu,
Hər nə etsə, verməz dosta korluğu.
Axmaqları edərlər nankorluğu,
Hər dost dediyində etibar olmaz.
Həyatda yaşayır hər cürə insan,
Biri satqın olur, o biri nadan.
Allah uzaq etsin, həmin xətadan,
Hər üzə güləndə etibar olmaz.
Uyma, şirin sözə uyma, kələyə,
Aldanma cüssəyə, həm vəzifəyə.
Aldanıb, düşərsən bir gün tələyə,
Hər üzə güləndə, etibar olmaz.
Məni saymayanın, lap ağasıyam,
Sayanı qəlbimdə saxlayasıyam.
Hamıya mehriban olmayasıyam,
Hər üzə güləndə etibar olmaz.
Dostlarım, yaxşı dinləyin sözümü,
Üzə deyirəm mən sözün düzünü.
Dost dar gündə tanıdar özünü,
Hər dost dediyində etibar olmaz.
Ədalət deyərsən sözün düzünü,
“Dost” var görməyəsən heç vaxt üzünü.
Qanmayan yanında yorma özünü,
Hər dost dediyində etibar olmaz.
NİYƏ?
Niyə tez soyuduq, nədən uyuduq?
Unutduq deyəsən, can Qarabağı,
Alışıb yanıram hər axşam, səhər,
Unudan deyiləm, mən Qarabağı.
Niyə tez soyuduq, nədən uyuduq?
Gecələr yatırıq, gündüzlər belə…,
Biz belə deyildik, məgər buyuduq?
İtirdik namusu, vermisik yelə.
Niyə tez soyuduq, nədən uyuduq?
Bulaqdan çağlayıb, axan suyuduq.
Şəhid məzarında bitən güllərin,
Qarabağ havasın, ətrini duyduq.
Niyə tez soyuduq, nədən uyuduq?
Yaş ötür, xəyaldı ömrümün sonu,
Dəyişib dünyamın gözəllik donu,
Aləmə car çəkir sözümün tonu.
Niyə tez soyuduq, nədən uyuduq?
İşğaldır yurdlarım, nər İzzətoğlu,
Özünü öyməsin hər İzzətoğlu.
Döyüşə hazırdır, Ər İzzətoğlu,
Pressaz.az