Arif Məhərrəmov:”Vətəni qoruyan Silahlı Qüvvələrimizin bir hissəsi də polislərimizdir!”

Pressaz.az xəbər verir ki, Qarabağ qazisi,Çeçenistanın Milli Qəhrəmanı Arif Məhərrəmov öz feyzbook səhifəsində Azərbaycan polisləri haqqında öz fikirlərini paylaşıb.

Arif Məhərrəmov: “Yazdığım vacib məqama lütfən diqqət edərək axıra qədər oxumağınızı rica edirəm.
Azərbaycan qorunur onu qoruyanların hesabina! Vətəni qoruyan Silahlı Qüvvələrimizin bir hissəsi də polislərimizdir!

Xalqımızın qorunmasında Vətən keşikçilərimiz olan polis döyüşcülərimiz qəhrəmanlıq rəşadəti ilə şəhid ve qazi olanlar xalqımızın fəxri qürurudurlar!
Bu gizlin çəkilən videodan polisin çəkilişdən xəbəri yoxdur, amma yaşlı qadınla necə nəvazişlə davranır və maşındakı səs gücləndiricidən istifadə etmək və cərimələmək ücün haqqı olsa da bunu etmir və əksinə maşından düşub özünü təqdim etməklə, nəvazişlə ölkədəki pandemiya vəziyyətini izah edir və sonda yaşlı qadının ac oldugunu bilənde öz yeməyini ona verir. Vallahi əhsən, nümunəvi polislərimizə!
Yaxşı cəhətlərdən danışmaq ona görə vacib, lazımdır ki, yaxşı cəhətlərimiz coxalsın. Amma mənfi, pis cəhətlərimiz dən də danışmaq ona görə lazımdır ki,  pis cəhətli xüsusiyyətlərimiz azalsın və bir daha təkrarlanmasın. Əminəm ki, bütün sahələrdə olan yaxşı nümunələrimiz pis cəhətlilərin mənfi əməllərini yaxşıya doğru dəyişməyinə səbəb olacaq! Əgər hansı sahədə olmasından asılı olmayaraq hər bir halda mənfi cəhətlərə meyilli olanlarımız yaxşı cəhətlilərimizdən nümunə götürsələr əminəm ki, mənfi xüsusiyyətlərindən utanar və bir daha onu təkrarlamazlar! Nə olardı pis cəhətlilərimizdən özlərini yaxşıya doğru dəyişərək yaxşı əməllərindən xəbər tutaramsa sevinməyimin bir səbəbi də bu olar!
Azərbaycanımızın inkişafı insanlığın xeyirxah əməllərinə, qorunmağımız isə xalq olaraq bir-birimizə dayaq olmamız, doğma münasibətimizlə bəlli olmalıdır!”

 

Pressaz.az