27 sentyabrda gözlənilən hava şəraiti

27 sentyabrda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:

Bakıda və Abşeron yarımadasında

Sentyabrın 27-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir  tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı  ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 16-18, gündüz 19-22,  Bakıda gecə 16-18, gündüz 19-21 dərəcə isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi 763 mm civə sütunundan 767  mm  civə sütununa yüksələcək, nisbi rütubət  gecə 75-85, gündüz  60-70 faiz olacaq.

Azərbaycanın rayonlarında

Sentyabrın 27-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.  Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi  ehtimalı var. Qərb küləyi  əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 14-19, gündüz  22-27, dağlarda gecə 7-12, gündüz  12-17 dərəcə isti təşkil edəcək.