SOLMAZ QƏRİBELİN SÖZ DÜNYASINDAN…
TƏNHA QADIN…
Yenə tənha bir qadın ,
Oturub tənha, yalqız,
Tənhalığın damında.
Quruyub göz yaşları,
Boğulur dərd camında,
O,tənha qadın susub,
Səs-küy salır adamlar,
Tutub qulaqlarını ,
O,duymayır səsləri.
Onu susduran səsdən
Xəbərsizdi adamlar.
olsalar da yanında
O artıq danışmağı ,
Unudub çoxdan belə
Təzə söz öyrənməyə,
dilinin gücü çatmır,
Susub o, tənha qadın,
Həyat onu küsdürüb,
Dolaşdırıb ipiylə
Mənzil başına yetib
Nəfəs almaq istəyir,
Könlündəki yüküylə,
Dərdlərini susdurub,
Dar, qaranlıq səkiylə,
Yoluna düzəlməyə,
Belinin gücü çatmır.
Susub o, tənha qadın,
Öz -özüylə danışır.
Sual verib özünə,
Cavabından alıışır,
Susur bir an içində,
Dalğın görünən qadın.
Hamı kənardan baxır,
O, danışır qəlbiylə .
Dərdlə sürünən qadın.
Onun nələr çəkdiyin,
Kəlməsiz eşidən yox.
Beləcə susub qalır,
Dərdə bürünən qadın…
Kənardan baxanlara
Xoşbəxt görünən qadın…
GEDƏCƏM…
Alıb dərdlərimi qollarım üstə,
Əyib qamətimi, çıxıb gedəcəm.
Nə geri dönəcəm,
Nə söz deyəcəm,
Susacam, içimdə ağrı, acımla,
Sərib dərdlərimi yollarım üstə,
Ağır addımlarla, ağır yükümü
Götürüb özümlə, çıxıb gedəcəm.
Nə yada salacam sənli günləri,
Nə sənsiz darıxıb, kövrələcəm,
Dünyanın dərdini dünyada qoyub,
Həsrətin, həsrətin bir yana qoyub,
Götürüb özümlə bir az gileyi
Ağır addımlarla, nəfəs dərmədən,
Artıq bu dərdlərə sinə gərmədən,
Gecəni gündüzə qatıb gedəcəm.
Hərdən qorxu dolu baxışlarımı,
Gizlədib qəlbimin dərinliyində,
Kənara baxmadan addımlayacam,
Qatacam başımı bu yol üzünü,
Sayıb addımları uşaqsayağı,
Kövrək yerişimlə, çıxıb gedəcəm..
Solğun, yorğun -yorğun
Bir ah çəkəcəm…
Yenə yorğun gözlər mənə baxacaq,
Hər tində qarşıma bir yoxuş çıxıb,
Dizlərimi qatlayacaq, qanadacaq.
Dözəcəm, yenə dözəcəm…
Əllərimi yerə qoyub,
Dizlərimin qanın yuyub,
Yenə ayağa qalxacam…
Yavaş -yavaş, addım -addım,
Dönüb arxaya baxmadan,
Gedəcəm…. çıxıb gedəcəm….
Pressaz.az