Mirəli Məmməd: ŞUŞAMIZ KÖMƏYƏ ÇAĞIRIR BİZİ

“Bu gün Azərbaycanımızın ən dilbər guşəsi olan, musiqi beşiyi sayılan Şuşamızın işğalı günüdür”.

ŞUŞAMIZ KÖMƏYƏ ÇAĞIRIR BİZİ

Nə əlimiz çatmır, nə də ünümüz,
Şuşamız köməyə çağırır bizi.
Ötür aylar, illər, keçir günümüz,
Bir həsrət yandırır üyimizi .
Şuşamız köməyə çağırır bizi.

Cıdır düzümüzün düzü gözləyir,
Isa bulağlnln gözü gözləyir,
Xarı bülbül açmır, bizi gözləyir,
Yetirə bilmirik biz əlimizi.
Şuşamız köməyə çağırır bizi.

Mirəli Məmmədəm, canımı alan,
Musiqi beşiyi, bəzəyi olan,
Vaqifin, Seyyidin məzarı qalan,
Qarabağımızın açılmır üzü.
Şuşamız köməyə çağırır bizi.

İTİRƏ-İTİRƏ GEDİRİK HƏLƏ

Kiçilir ərazi, azalır torpaq,
Dərdindən,qəmindən sozalır torpaq,
Elə şumlanır ki, iz alır torpaq,
Ardıcıl olaraq qurulur tələ.
İtirə-itirə gedirik hələ.

Yiyəlik eyləyir torpağa yadlar,
Dəyişir toponim, dəyişir adlar,
Məhv olub dağılır olan abadlar,
Düşmüşük fitnəyə, düşmüşük felə .
İtirə-itirə gedirik hələ.

Hanı o səfalı yaylaqlarımız?
Gəzib,dolaşdığım oylaqlarımız,
Buz bulaqlarımız, çaylaqlarımız,
Çıxıb əlimizdən, qalmışıq belə.
İtirə–itirə gedirik hələ. .

Mirəli Məmmədəm,doludur sinəm,
Torpaqsız haqqım yox danışam, dünəm,
Yenə Qarabağa qayıdam, dönəm,
Sevinəm, şad olam mən gülə–gülə.
İtirə-itirə gedirik hələ..

 

Pressaz.az