Buraxılış və qəbul imtahanlarının vaxtı açıqlandı – VİDEO
Onun sözlərinə görə, əvvəlki illərdə olduğu kimi, müsabiqə buraxılış və qəbul imtahanlarında toplanılan ballar əsasında 700 ballıq şkala əsasında aparılacaq.
Ali təhsil müəssisələrinə qəbul olmaq üçün abituriyentlərin sənəd qəbulu onlayn şəkildə 12 may – 5 iyun tarixlərində aparılacaq.
Qəbul imtahanlarında dərs məzmununun bir qismindən ümumiyyətlə sual salınmayacaq.
Məleykə Abbaszadə deyib ki, IX və XI siniflərin buraxılış imtahanları iyun ayında keçiriləcək. Yeni tələblərə əsasən buraxılış imtahanları hər sinifdə 12-15 şagird olmaqla həyata keçiriləcək.
Dövlət qulluğuna imtahanlar isə avqust ayında başlayacaq.
Təhsil naziri Ceyhun Bayramov isə mayın 31-dən sonra orta məktəblərdə tədris prosesinin bərpa olunmayacağını açıqlayıb.
Nazir əlavə edib ki, məktəblərdə şagirdlərin biliyinin ikinci yarımil üçün qiymətləndirilməsi üçün böyük və kiçik summativlər keçirilməyəcək.
Nazirin sözlərinə görə, universitetlərdə də tədris ilinin uzadılması nəzərdə tutulmur. Ceyhun Bayramov1400 müəllimin müddətsiz müqavilə ilə işə götürüləcəyini, müəllimlərin yerdəyişməsinin isə iyulun ikinci yarısından avqust ayına qədər olacağını bildirib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: