Şair Muxtar Qurbanovun söz dünyasından…
İndiki dostların vəfası yoxdur
Əziz qardaş, sənə düzün söyləyim,
İndiki dostların vəfası yoxdur.
Çox çəkmişəm çox dostların cəfasın,
Gözümlə gördüm səfası yoxdur.
Bir adamı sərt qayadan endirsən,
Ayağına yal verib ata mindirsən,
Görürsən yanır odun söndürsən,
Onun da sənə butası yoxdur.
Əziz qardaş, sən də yaxşı bilirsən,
Dost çox olur, var başından aşanda,
Qohum-qonşu yığışarlar başına,
Sarı simli tar başından aşanda.
Allah eyləməsin düşəsən gözdən,
Dostların da sənlə danışır üzdən.
Özün uşaq deyilsən, düşün, bir hərdən,
Tarlar ölər sar başından aşanda.
Əmir, vəzifən olsa pis olmaz,
Dostların da keyfi pozulmaz.
Dar günündə biri yanında tapılmaz,
Tufan, çovğun, qar başından aşanda.
Pressaz.az