Paşinyan üçün itirilmiş imkanlar və Ermənistana yeddi təhlükə
2019-cu il Ermənistan üçün itirilmiş imkanlar və yeni təhlükələrin yaranması kimi yadda qaldı.
Pressaz.az-ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə “Daşnaksütyun” partiyasının Ali Orqanının üzvü, keçmiş iqtisadi inkişaf və investisiyalar naziri Artsvik Minasyan deyib.
O bildirib ki, yeni təhlükələr Ermənistan dövlətinin, cəmiyyətinin həyatında ən azı yeddi mühüm sahədə özünü büruzə verir.
A.Minasyanın sözlərinə görə, təhlükələrin ilk üçlüyü beynəlxalq münasibətlər, Dağlıq Qarabağ münaqişəsi və Ermənistan ordusu ilə bağlıdır.
Onun fikrincə, digər problemlər isə ictimai münasibətlərlə əlaqədardır ki, bunlardan biri Ermənistanda dözümsüzlük mühitinin yaranmasıdır.
“Hakimiyyətin formalaşdıranların şəxslərin davranışlarından qaynaqlanan nifrət dolu ifadələr, təəssüf ki, Ermənistanda adi hala çevrilib. İnternetdə, demək olar ki, hər gün yüz minlərlə təhqiramiz şərhlər görmək olar. Ermənistan hakimiyyəti nəyin bahasına olursa-olsun, manipulyasiya yolu ilə yeni hədəflər, yeni rəqiblər və yeni düşmənlər seçir”, – deyə o əlavə edib.
A.Minasyanın fikrincə, digər bir problem hakimiyyətin avtokratiya qurmaq üçün atdığı addımlardır.
O, Ermənistan hakimiyyətinin məhkəmələrə təzyiq etdiyini, siyasi partiyaların sıradan çıxdığını da vurğulayıb.