Nəriman Əfəndiyev : Dövlət başçısının həyata keçirdiyi uğurlu siyasətin alternativi yoxdur.

 

Zaqatala Müalicə Diaqnostika Mərkəzinin Baş həkimi Nəriman Əfəndiyev :Ümummilli liderimiz Heydər Əliyev tərəfindən başlanan işlərin yeni çağırışlar şəraitində yaradıcı şəkildə davam etdirilməsi Azərbaycanı öz tarixinin ən qüdrətli dövlətinə çevirib. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində bu gün ölkə həyatının bütün sahələrində sistemli, ardıcıl islahatlar aparılır. Nazirlər Kabinetində, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, məhkəmə-hüquq sistemində, regional idarəetmədə gerçəkləşdirilən struktur və kadr islahatları cəmiyyətdə rəğbətlə qarşılanır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişafı tam, sistemli xarakter daşıyaraq əsl mənada intibah kimi müasir həyatımıza və tariximizə daxil olub.Ölkəmizin müasir siyasi tarixində Prezident İlham Əliyevin müstəsna xidmətləri vardır. Bu gün Azərbaycan dünya miqyasında o ölkədir ki, xalq-iqtidar birliyi onun uğurlu inkişafını təmin edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən uğurlu sosial-iqtisadi siyasət dövlətimizin qüdrətinin artmasını təmin edib, əhalinin maddi rifah halı daha da yaxşılaşır. Azərbaycanın müstəqillik tarixində qazandığı uğurlara söykənərək dövlətimizin başçısı cənab İlham Əliyev qarşıdakı illər üçün prioritetləri açıqlayıb. Əsas hədəflər inkişafı sürətləndirmək, ümumi daxili məhsulun iki dəfə artırılmasına nail olmaq, Azərbaycanı yüksək gəlirli ölkəyə çevirmək, inkişaf etmiş ölkələr sırasında görməkdir. Bu hədəflər təbii ki, bugünkü reallıqlara əsaslanır. Məhz bu məqsədlərə çatmaq üçün “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası, ayrı-ayrı istiqamətləri əhatə edən strateji yol xəritələri icra olunur. Prezident İlham Əliyev həmişə bəyan edib ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşları, onların maraqları dayanır. Biz cənab Prezidentin fəaliyyətində bunun əyani nümunəsini görürük. Azərbaycanın bugünkü inkişafını təmin edən və gələcək tərəqqi üçün etibarlı zəmin yaradan çoxşaxəli islahatların həyata keçirilməsidir. Bu islahatların dövrün tələblərinə uyğun aparılması xüsusi əhəmiyyətə malikdir. Bu islahatlar bütün sahələri əhatə edir, o cümlədən idarəetmə sistemi daha da təkmilləşdirilir. Ümumiyyətlə, Azərbaycanın idarəçilik sistemində yeniləşmə son illərin mühüm uğurlarındandır.

Xanlar  Allahverdiyev: Dövlət başçısının həyata keçirdiyi uğurlu siyasətin alternativi yoxdur.

Prezident İlham Əliyev ötən dövr ərzində hər bir azərbaycanlının Prezidenti olduğunu sübuta yetirib. Prezident İlham Əliyevin təşəbbüs və dəstəyi hesabına başa gələn böyük iqtisadi, enerji və nəqliyyat layihələri dünya dövlətləri üçün mühüm əhəmiyyət kəsb etməklə, regionun inkişafına layiqli töhfələr verir.
Azərbaycan dünyanın ən böyük əhəmiyyətli təşkilatı olan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi dünyada sülh və təhlükəsizliyin təmin olunmasına, insan haqlarının müdafiəsinə mühüm töhfələr verir. Azərbaycanın paytaxtı Bakı şəhəri ən mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir.
Ölkəmizdə “Eurovision”, Birinci Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Formula-1 yarışları kimi bütün dünyanın diqqət mərkəzində olan mühüm mədəni və idman tədbirləri keçirilib. Təbii ki, bu gün dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə görülən işlər Azərbaycan xalqının və dövlətinin mənafeyinin ən yüksək səviyyədə qorunmasına yönəlmişdir.
Cənab Prezidentin yorulmaz fəaliyyəti xalqımızın bütün təbəqələri tərəfindən dəstəklənir.
Ölkəmizdə yeni iş yerlərinin yaradılması uğurla davam edir. Son 1 il ərzində respublika üzrə 2 milyondan çox yeni iş yerləri açılıb. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ölkədə işsizliyin səviyyəsini 4 faizədək aşağı salmaq mümkün olub ki, bu da dünyada ən yaxşı göstəricilərdən hesab olunur. Prezident İlham Əliyevin yüksək siyasi iradəsi nəticəsində həyata keçirilən kompleks tədbirlər əmək bazarının tənzimlənməsində, əmək resurslarının məşğulluq imkanlarının artırılmasında məqsədəuyğun istifadəni təmin edir. Bu gün hər bir azərbaycanlı bilir ki, cənab İlham Əliyev alternativsiz liderdir.

Öz xalqı, ölkəsi qarşısında verdiyi sözü tam yerinə yetirən bir liderin ad günüdür. Ad günün mübarək, cənab Prezident. Azərbaycan xalqını və dövlətini dünyada sosial, iqtisadi, elmi, mədəni sahələrdə ən ön sıralara çıxarmaq kimi müdəqqəs missiyanızda sizə uğurlar olsun.