Bayraq günü ilə bağlı Yardımlı rayonu A. Q. Fətullayev adına tam orta məktəbində “Xəmsə” intellektual bilik yarışı keçirilib
Bu gün Yardımlı rayonu A. Q. Fətullayev adına Anzov kənd tam orta məktəbində Bayraq günü ilə bağlı tədbir keçirilib. Tədbirdə Yardımlı rayon Təhsil şöbəsinin aparıcı məsləhətçisi, şair – publisist Pənah Tağızadə (Dumanoğlu), RTŞ – nin metodisti Tahir Rüsrəmov, məktəbin pedaqoji heyəti və şagird kontingenti iştirak edib. Tədbir geniş şəkildə bayraq yürüşü ilə başlayıb.
Bayraq günü ilə bağlı məktəbin direktoru Sarvan Fətullayev, məsləhətçi Pənah Tağızadə, direktor müavini Malik Balaşov və müəllimlər çıxış edərək Dövlət bayrağı gününün qeyd edilməsi, tarixi zərurət haqqında geniş nitq söyləyiblər.
Tədbir şagirdlərin hazırladıqları bədii hissə ilə tamamlanıb.
Tədbirdən sonra Yardımlı rayonu A. Q. Fətullayev adına Anzov kənd Tam orta məktəbində Yardımlı rayon Təhsil şöbəsinin nümayəndəsi Tahir Rüstəmovun rəhbərliyi və Anzov kənd tam orta məktəb rəhbərliyi, eləcə də Yardımlı rayonu Horavar kənd tam orta məktəbinin qabaqcıl müəllimi Nurlan Hüseynzadə və Vərgədüz kənd tam orta məktəbinin qabaqcıl müəllimi Türkel Türksoyun təşkilatçılığı ilə zona məktəbləri arasında “Xəmsə” intellektual bilik yarışı keçirilib. Məktəblərarası bilik yarışında hər birindən beş şagird olmaqla Anzov kənd tam orta, Hamarkənd tam orta, Bürzünbül kənd tam orta, Osnakəran kənd tam orta, Vərgədüz kənd tam orta və Abasabad kənd ümumi orta məktəb komandaları iştirak edib.
Komandalararası yarış iki mərhələdə, gərgin şəraitdə keçsə də, sonda Vərgədüz kənd tam orta məktəbinin komandası rayon turuna vəsiqə qazanıb. Anzov kənd tam orta məktəbinin komandası isə ikinci yerlə kifayətlənməli olub.
Pressaz.az