BU GÜN ŞAİR – PUBLİSİST DAMƏT SALMANOĞLUNUN AD GÜNÜDÜR

Bu gün şair – publisist Damət Salmanoğlunun ad günüdür. Onu sevən qələm dostları və oxucuları feyzbook səhifəsində Damət Salmanoğlunu təbrik ediblər. Gənc şair- publisist Aynur Yasəmən Qarabağlının təbrikini sizlərə təqdim edirik: “Ədəbi cəmiyyətdə hərənin öz dəsti xətti var. Bunlardan bir çoxuna müxtəlif tərəflərdən bələdik.
Ancaq, mənim daha yaxından tanıdiğim və qələmə aldığı hər kəlməyə, hər sözə, hər sətirə bələd olduğum bir şair də var ki, bu, Damət Salmanoğludur.
Onun müxtəlif ədəbi üslubda yazdığı şeirlər bir başqa cür könül oxşayır və bu baxımdan misilsiz əhəmiyyət daşıyır.
Ən əsası Azərbaycan dilinin saflığını çox ustalıqla qoruyub saxlayır və qələmə aldığı şeirlərini sadə Azərbaycan dilində yazıb-yaratmağa, oxucusuna çatdiağa üstünlük verir. Burdan da, daha gözəl anlayırıq ki, Damət Salmanoğlunun Azərbaycan dilinə sevgisi bir çox ədəbi mühit insanları kimi çox böyükdür. Məhz buna görə də yazdığı şeirlər sevilir və mahnıya daha yatımlı olur ki, onun sözlərinə 15 mahnı Zəka Vilayətoglu tərəfindən bəstələnmişdir.
Damət Salmanoglu ədəbi fəaliyyətlə yanaşı, Azərbaycanın ictimai-siyasi həyatında yaxından maraqlanır. Bir ziyalı kimi müdriklik, vətənpərvərlik göstəricisi olaraq, doğma vətəni haqqında tarixi faktlardan daim söhbət açır, məlumatı olmayan insanları məlumatlandırmağa çalışır.
Təsadüfi deyil ki, Damət Salmanoğlu yaradıcılıq illərində bir çox mükafatlara və diplomlara layiq görülmüşdür.
Bu gün söhbət açdığım, haqqında çox yaza biləcəyim bu gözəl insanın doğum günüdür.
Hörmətli Damət müəllim, bu əlamətdar gün münasibətilə Sizi öz adımdan və sizə hörmətlə yanaşan bütün qələm dostlarım adından ürəkdən təbrik edir, yeni yaradıcılıq uğurları, doğmalarınızın və yaxınlarınızın əhatəsində sağlam və firavan həyat arzulayıram. AD GÜNÜNÜZ MUBARƏK OLSUN!

 Pressaz.az kollektivi də Damət müəllimi təbrik edir,  ona həyat və yaradıcılığında uğurlar diləyir. 

 

 

Pressaz.az.