QARABAĞ QAZİSİ VAQİF NƏCƏF OĞLU HƏSƏNOV – ACI XATİRƏLƏR

Vaqif Həsənov İsmayıllı rayonunda doğulub, boya-başa çatıb, orta məktəbi bitirdikdən sonra o zamankı Azərbaycan İnşaat Mühəndislər instituna, indiki Memarlıq Akademiyasına qəbul olub.
1990-cı illərdə könüllü olaraq QARABAG ugrunda gedən döyüşlərə, cəbhəyə gedib.
Fizulu, Tərtər, Ağdam şəhərlərinin müdafiəsi uğrunda gedən gərgin döyüşlərdə iştirak edib.
1994-cü il may ayının 12-ndə Nəmirli kəndinin müdafiəsi uğrunda gedən döyüşdə sol budundan güllə yarası alıb.
İkinci qrup Qarabağ müharibəsi əlilidir. Hal-hazırda İsmayıllı RTŞ UGİŞM-də məşqçi müəllim olaraq, Baş təlimatçı metodist vəzifəsində çalışır. Evlidir, iki övladı var.

Vaqif Həsənov Vətənə bağlılığını,  Qarabağ döyüşləri ilə bağlı xatirələrini yazdığı şeirlər vasitəsilə bizlərə çatdırır.

                   Acı xatirələr

Sərhəd bölgəmiz idi, Ağdam, Fizuli, Tərtər,
Döyüşürdük gülləsiz, texnikasız birtəhər,
O vaxt ki, Baş komandan oldu babamız Heydər
Tez bir anda səfərbər etdi bütün milləti.

 

Fizulidə olanda gəldi arxadan kömək,
Qərar verildi axşam ki, kənd alınsın gərək.
Əlbir olub girişdik biz döyüşə müştərək,
Düşmənləri qovaraq göstərdik şücaəti.

 

Böyük qan bahasına kəndləri azad etdik,
Bir anlıq şükut ilə şəhidləri yad etdik.
Fizuli sakinlərin bu hücumla şad etdik,
Yerli camaat etdi əsgərlərə hörməti.

 

Bir gün komanda gəldi “Ağdama lazım kömək”,
Elə həmin gün axşam Ağdama getmək gərək.
Ordakı düşmənlərə qüvvəmizi göstərək,
Çatıb Ağdama gecə hücum etdik qəfləti.

 

Bir müddət də dolandı, gəldi Bahar bayramı,
Böyük kef-damaq oldu, həmin Novruz axşamı.
Getmək üçün Tərtərə tərk edərək Ağdamı,
Gücləndirdik Tərtərdə düşmənlə rəqabəti.

 

Dığalar görüb bizi, güclü sipər qurdular,
Hazır olub döyüşə,ön mövqedə durdular,
Döyüşlərin birində sol qıçımdan vurdular,
Özlüyümdə çoxaltdım düşmənlərə nifrəti.

 

Doyunca danışaram QARABAĞ torpağından,
Ölüm-itim  çox olan böyük Murov dağından,
Gün o gün olsun öpək  biz zəfər bayrağından.
Ürəkdən nəfəs alıb, təmizləyək sərhədi
Müharibə gedirsə bayramın nə ləzzəti,
Döyüşdüm ön cəbhədə, gördüm bütün dəhşəti”

 

 

Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid  olmuş əsgərlərim Abdullayev Natiq və Məmmədov  Xatəmə ithaf edirəm.

                     ŞƏHİDLƏR.

Aprelin 16-si sərhəddə gözləyirdik,
Düşmən mövqelərini diqqətlə izləyirdik.
Rabitə köməyiylə yüksəlişlər deyildi,
Zabit və əsgərlərə göstərişlər verildi.

Biz birlikdə başladıq irəliyə hücuma,
Qalxıb dərə-təpəni yaxınlaşırdıq şuma.
Bizi görüb qaçdılar ermənilər qorxaraq,
Yağdırdı güllələri Natiq birdən qalxaraq.

Natiq atan güllələr yaman oldu tutarlı,
Dığalarsa qaçırdı “PK”lı, həm “qatar”lı.
Qalxdı Natiq sevincək öz əsgər xəndəyindən,
Bu an düşmən gülləsi dəydi düz ürəyindən.

Güllə dəyəndən sonra yanında oldum bir an,
Natiqin ürəyindən damla-damla axdı qan.
Sayrılaraq boynuna başı üstə ağladım,
Əsgərimin gözünü məsh çəkərək bağladım.

Şəhid oldu əsgərim, igid, mətin yoldaşım,
Şəhidliyə ucaldı mənim can-qan qardaşım.
On gün keçəndən sönra döyüşə girdik yenə,
Ayıq olun, əsgərlər, bildirdim dönə-dönə.

Səngərdən atışırdıq, mərmi dəydi səngərə
Mənim”kaska”m deşildi, Xatəm uzandı yerə.
Bir andaca can verib, ruhu uçdu göylərə,.
Xatəm üçün ağladı, bütün oba, dağ-dərə.

Yola salıb Xatəmi ordan şəhid adıyla
Məntəqəyə gətirdik qanlı avtomatıyla.
Döyüşdə idim deyə, buraxmadılar məni,
Məzarları başında söyləyim bu kəlməni.

Allah rəhmət eyləsin şəhid qardaşlarıma,
Təkan versin sağ qalan döyüş yoldaşlarıma!
Qardaşlar, and içirəm, yerdə qalmaz sizin qan
Unutmayacaq sizi günəşli Azərbaycan!

 

Hazırladı: Könül Səssiz